"Yeni gələnlərin komandaya tez bir zamanda adaptasiya olub-olmayacağı dəqiq deyil. Doğrudu, komandanın liderləri "Soçi"ni arxasınca apara bilər"

"ümid edək ki, "Soçi" digər klublarımızın son illərdə avrokuboklardakı səhvlərini təkrarlamayacaq. "Arsenal"ın "Neftçi" ilə görüşdəki uğursuzluğunu gördük. Moskva "Dinamo"sunun "Lokomotiv"lə (Tbilisi) matçını xatırlayaq, "Rostov"un "Makkabi" ilə oyununu da unutmaq olmaz. Soçililər son dərəcədə diqqətli olmalıdı". Matc.az xəbər verir ki, bunu vaxtilə Soçinin "Jemçujina" klubunun formasını geyinmiş veteran futbolçu  Maksim Demenko deyib.

O,  Konfrans Liqasının II təsnifat mərhələsində "Soçi"nin "Keşlə"yə qarşı keçirəcəyi oyun barədə danışıb: "Soçi"nin mövsümöncəsi oyunları bəzi narahatlıqlara əsas verir. Yeni gələnlərin komandaya tez bir zamanda adaptasiya olub-olmayacağı dəqiq deyil. Doğrudu, komandanın liderləri "Soçi"ni arxasınca apara bilər. Bilirik ki, ötən mövsüm komandanın Premyer Liqada beşinci yeri tutmasında Kristian Noboanın böyük rolu var. Amma unutmayın ki, onun 35 yaşı var. Bilmək olmaz, o, həmin səviyyədə oynamağa davam edə biləcək ya, yox".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest