Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi son olaraq "Roma"da çıxış edən Castin Kluyverti heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kluyvert icarə əsasında "Nitsa"ya keçib.
 
Fransa klubu 2022-ci ilin yayında 10 milyon avro ödəməklə yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər.
 
Castin Niderland milli komandasının əfsanəvi futbolçularından olan Patrik Kluyvertin oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest