Beynəlxalq Olimpiya Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançılar və digər qonaqların istifadəsi üçün hazırlanmış yataqlarla bağlı gəzən söz-söhbətlərə münasibət bildirib. Matc.az xəbər verir ki, yataq bazaları təkrar istifadə edilə bilən kartondan hazırlanıb.

Buna isə həm Tokioya gedən idmançılar, həm də media tərəfindən müxtəlif cür yanaşmalar var. İddiaya görə, bu yataqların üzərində eyni anda iki nəfər oturanda çökə bilir və istifadəyə yararsız olur. Guya təşkilatçılar bu yolla idmançıların cinsi əlaqədən uzaq qalmasına, eyni zamanda koronavirusun yayılmasına əngəl olmağa çalışır. Hətta idmançılar arasında bu yataq dəstlərinə "antiseks çarpayı" adını verənlər də var.

Beynəlxalq Olimpiya Komitəsi bu çarpayıların kartondan hazırlanmasının COVİD-19 və ya "antiseks" məqsədlərlə bağlı olmadığını iddia edib. Təşkilatçıların bu addımı atmasının əsas səbəbi Olimpiadadan sonrakı qalıqların miqdarını maksimum səviyyədə azaltmaqdır. Bildirilir ki, bu yataqlar Paralimpiya Oyunlarında da istifadə olunacaq. Sonra isə həmin yataqların hazırlanmasında istifadə olunan kartonlar kağız istehsalına sərf olunacaq. üstəlik, həmin çarpayıların yalnız bir adamın çəkisinə uyğun hazırlandığına dair iddialar da təkzib olunub.

Belə ki, həmin yataqların 200 kq-dək dözümlü olduğu diqqətə çatdırılıb. çarpayılar üçün döşəklər də oyunlar bitdikdən sonra təkrar emal ediləcək plastikdən hazırlanıb.

ümumilikdə Olimpiya Oyunları üçün 18 min, Paralimpiya Oyunları üçün isə 8 min yataq lazım olacaq.

Qeyd edək ki, Tokioda Olimpiada 24 iyul - 9 avqust, Paralimpiya Oyunları isə 25 avqust - 6 sentyabr tarixlərində keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest