Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti mövsüm üçün hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komanda bu gün də qonşu ölkədə növbəti məşqini keçirib.
 
Klubun "YouTube" kanalı isə qapıçıların məşqindən video təqdim edib. Həmin video ilə sizi də tanış edirik:
 
Qeyd edək ki, "ağ-göylər" Gürcüstan toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 20-də "Şukura", iyulun 23-də "Samqurali", iyulun 28-də isə "Saburtalo" ilə qarşılaşacaq. "Sabah" iyulun 29-da vətənə qayıdacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest