Futbol üzrə Braziliya yığmasının sabiq müdafiəçisi Maykon San Marino klubuna transfer olunub. Matc.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Tre Penne"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Tre Penne" yeni yaradılan Avropa Konfrans Liqasında mübarizə aparacaq.
 
Karyerası ərzində İtaliyada "İnter" və "Roma", İngiltərədə "Mançester Siti" kimi komandalarda forma geyinən Maykonun son ünvanı İtaliyanın "Sona Kalçio" klubu olub. Müdafiəçi Braziliya yığmasında 76 oyunda 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest