Daha əvvəl Fransada “Monpelye”, “Martiqes”, İngiltərədə “Leyton Orient”, Belçikada “Muskron”, Rumıniyada “Dinamo”, İsraildə “Hapoel Raanana” kimi komandalarda çıxış edən Teddi yeni klubuna azad agent kimi keçəcək.

Bolqarıstanın “Beroe” klubunun futbolçusu Teddi Mezaqe karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə “Neftçi” klubu maraqlanır.
 
Bu barədə “Footmercato.net” saytı məlumat yayıb. “Neftçi”ylə yanaşı, Xorvatiyanın “Hayduk” və Fransanın bəzi 2-ci liqa klubları da Mezaqe ilə maraqlanır.
 
Teddi Fransa mətbuatına açıqlamasında bir neçə klubdan transfer təklifi aldığını təsdiqləyib.
 
Daha əvvəl Fransada “Monpelye”, “Martiqes”, İngiltərədə “Leyton Orient”, Belçikada “Muskron”, Rumıniyada “Dinamo”, İsraildə “Hapoel Raanana” kimi komandalarda çıxış edən Teddi yeni klubuna azad agent kimi keçəcək.
 
2020-ci ilin yanvarından “Beroe”da çıxış edən müdafiəçinin klubla müqaviləsi iyunun sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest