Təəssüf ki, istədiklərinizi meydanda tam icra edə bilmədik.

Litva milli komandası Millətlər Liqasında D Liqasının II qrupunda evə Azərbaycan ilə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında iştirka edən rəqib komandanın baş məşqçisi Edqaras Yankauskas oyunu dəyərləndirib.

"Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərinizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir.

Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest