Futbol üzrə Portuqaliya milli komandasının və İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldo Turin təmsilçisinin tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu buna A Seriyasının 26-cı turunda "Sassuolo"nu 3:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
 
Bu matçda komandasının ikinci qolunu vuran Ronaldo, Turin təmsilçisinin heyətində 100-cü dəfə fərqlənib. Bununla da o, "Yuventus"da bu uğuru 3 mövsüm ərzində gerçəkləşdirə bilən yeganə futbolçuya çevrilib. Məsələ burasındadır ki, Turin klubunun futbolçuları 100-cü qola ən azı 4 mövsümdə çata biliblər.
 
Forvard həmçinin 3 fərqli komandada 100 qol vuran ilk futbolçu kimi də tarixə düşüb. O, daha əvvəl İspaniyanın "Real" və İngiltərənin "Mançester Yunayted" klubunda da eyni uğura imza atıb.
 
Qeyd edək ki, Ronaldo cari mövsümdə bütün turnirlər çərçivəsində 42 oyuna çıxıb, 35 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest