Futbol üzrə Azərbaycan I Divizionunda 2020/21 mövsümünün sonuncu – XXVII turunun oyun cədvəli məlum olub.
 
Matc.az xəbər verir ki, eyni gündə keçiriləcək turun iki görüşü Birinci Divizionun “Youtube” kanalında canlı yayımlanacaq.
 
Qeyd edək ki, “Neftçi-2” komandasının müraciəti, eləcə də “Zaqatala” klubunun rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının isə yekun qərarına əsasən XXVII turun “Zaqatala” - “Neftçi-2” oyunu Zaqatala OİK stadionunda yox, Türk Hava Yolları təlim-məşq bazasının 4-cü meydançasında keçiriləcək.
 
I Divizion
XXVII tur
17 may
 
MOİK – “Turan Tovuz”
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az).
 
“Qarabağ-2” – “Qaradağ Lökbatan”
“ASCO Arena”, 14:00.
 
“Kəpəz” – “Sabah-2”
Gəncə şəhər stadionu, 15:00.
 
“Keşlə-2” - “Sumqayıt-2”
“ASK Arena”, 16:00.
 
“Zaqatala” – “Neftçi-2”
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 16:30 (canlı/pfl.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest