Fransanın PSJ klubunda bir neçə gün əvvəl zədələnən hücumçu Kilian Mbappe hələ komanda ilə məşqlərə qoşulmayıb.
 
Matc.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Mbappe zədə səbəbindən Liqa 1-in “Lans”la matçını (2:1) buraxmışdı.
 
22 yaşlı hücumçunun Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab matçında iştirak etməsi sual altındadır.
 
Mayın 4-də keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest