Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Matc.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”ı qəbul edib. Komandalar arasında Sumqayıtda baş tutan ilk görüş qolsuz bərabərliklə bitmişdi. “Qarabağ” finala yüksəlmək üçün ancaq qələbə qazanmalıydı. Ayxan Abbasovun rəhbərlik etdiyi “Sumqayıt”a isə istənilən qollu heç-heçə və qələbə sərf edirdi. Amma cavab görüşündə də qapılara qol vurulmayıb. Bu üzdən əlavə vaxt təyin olunub. Komandalar əlavə yarım saatda da fərqlənə bilmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sumqayıt” finala yüksəlib.

Yarımfinalın digər görüşündə “Zirə” “Keşlə”ni qəbul edib. Komandalar arasında “ASK Arena”da keçirilən ilk görüşdə “Zirə” 2:1 hesablı qələbə qazanıb. Cavab görüşündə isə “Keşlə” əsas vaxtda 2:1 qalib olub. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə yarım saatda komandalar hərəyə daha bir qol vurublar. Bu nəticə “Keşlə”ni finala daşıyıb

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları

29 aprel

Qarabağ – Sumqayıt 0:0 (penaltilər 4:5)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00.
İlk oyun – 0:0.

Penaltilər seriyası:
Maksim Medvedev – 1:0
Camaləddin Xocaniyazov – 1:1
Toral Bayramov – 2:1
Elvin Məmmədov – 2:1 (kənara)
Qara Qarayev – 3:1
Vurğun Hüseynov – 3:2
Xayme Romero – 4:2
Xəyal Nəcəfov – 4:3
Patrik Andrade – 4:3 (qapıçı)
Höccət Haqverdi – 4:4
Kevin Medina – 4:4 (kənara)
Vüqar Mustafayev 4:5

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

Zirə – Keşlə 2:3
Qol: Ş.Əliyev, 48-öz qapısına. K.Bauk, 111 – S.M.Kolli, 66; 90+1-pen; 92.
Qırmızı vərəqə: L.Corveviç, 88.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 20:00.
İlk oyun – 2:1.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 9. Anatole Abanq, 22. Elçin Mustafayev, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov, 65. Mehdi Tahirov.
Baş məşqçi: Sənan Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest