Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutub.
 
Dörd qolun qeydə alındığı “Qaziantep” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib.
 
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Son çempion “Başakşəhər” doğma meydanda turnir cədvəlinin ikincisi “Fənərbaxça”nı qəbul edib. İstanbul derbisində qonaqlar əzmkar qələbəyə seviniblər.
 
Türkiyə Super Liqası
35-ci tur
16 aprel
 
Gənclərbirliyi – Sivasspor 2:3
Qol: Angelo, 25. Yohansson, 37 – Feliks, 78. Kayode, 83. Polomat, 90+3-öz qapısına.
 
Konyaspor – Kayserispor 0:0
 
Antalyaspor – Rizəspor 2:3
Qol: V.Sarı, Naldo, 88 – İ.Köybaşı, 3. Boldrin, 6. Sabo, 65.
 
Beşiktaş – Ankaragücü 2:2
Qol: Kuluşiç, 45+4-öz qapısına; 52-öz qapısına – Peyntsil, 65; 90+3.
 
17 aprel
 
Dənizlispor – Ərzurumspor 2:3
Qol: Rodalleqa, 46; 64 – Bassan, 2. Raşani, 79; 86.
 
Trabzonspor – Hatayspor 1:1
Qol: Djanini, 22 – Bupendza, 90+5.
 
Yeni Malatyaspor – Alanyaspor 1:0
Qol: Hadebe, 64.
 
Göztəpə – Qalatasaray 1:3
Qol: Diabete, 9 – K.Aktürkoğlu, 19; 39; 64.
 
18 aprel
 
Qaziantep – Kasımpaşa 2:2
Qol: Dikko, 63. M.Demir, 85 – Telin, 5; 58.
 
Başakşəhər – Fənərbaxça 1:2
Qol: O.Şahiner, 18 – Salai, 40. Pelkas, 57.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest