10 Dekabr 2020, 00:31
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				  
 
	Futbol üzrə çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində səfərdə Danimakranın "Midtyulland" klubu ilə qarşılaşan "Liverpul" bu oyundan 1:1 hesablı bərabərliklə ayrılıb.
	Matc.az xəbər verir ki, sözügedən matç İngiltərə klubunun misirli hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
	O, bu klubun çempionlar Liqasındakı ən erkən qolunun müəllifinə çevrilib. Salah buna 55-ci saniyədə fərqlənməklə nail olub.
	Misir yığmasının üzvü həm də çL-də vurduğu qolların sayını 22-yə çatdırıb. Beləcə, Salah "Liverpul"un sözügedən turnirdəki bombardirinə çevrilib. Əvvəlki rekord Stiven Cerrarda məxsus idi – 21 qol.
				
         	
                                             
               
 
             
 















