04 Dekabr 2020, 16:16
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
	UEFA çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
	Matc.az xəbər verir ki, bu ada İngiltərənin "çelsi" klubunun hücumçusu Olivye Jiru layiq görülüb.
	34 yaşlı forvard İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda poker edib.
	Həftənin ən yaxşısı adına "İnter"dən Romelu Lukaku, "Zalsburq"dan Merqim Berişa və "Başakşəhər"dən İrfan Can Kahveci də namizəd idi.
				
         	
                                             
               
            
 







_1762260863.jpg)


