11 Avqust 2020, 01:08
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				  
 
	Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.
	Matc.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, Kratovo təmsilçisi Azərbaycan paytaxtına avqustun 17-də səhər saatlarında çarter reysi ilə uçacaq.
	Həmin gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi məşqə çıxacaq komanda qarşılaşmadan dərhal sonra Şimali Makedoniyaya qayıdacaq.
	Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Sileks" oyununa saat 20:00-da start veriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.
				
         	
                                             
               
 
             
 















