Koronavirus pandemiyası səbəbindən yaranan 3 aylıq fasilənin ardından Portuqaliya çempionatında XXV turun oyunları keçirilib. Matc.az xəbər verir ki, lider "Benfika" öz meydanında "Tondela" klubunu qəbul edib.

Qolsuz heç-heç ilə bitən oyunun ardından ev sahibi komanda şok təpki ilə qarşılaşıb. Görüş azarkeşsiz keçirilsə də, stadionun ətrafındakı bir qrup tərəfdar evdəki xal itkisinə görə "Benfika"nın avtobusunu daşlayıblar. Nəticədə iki futbolçunun xəstəxanaya aparıldığı bildirilib.

Xatırladaq ki, turnir cədvəlində ikinci sırdada qərarlaşan "Porto" səfərdə "Famalikao"ya 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, 25 turdan sonra 60 xalla "Benfika" birinci, eyni xala malik "Porto" isə ikinci sırada yer alıb.

                                                      

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest