"Millimizin baş məşqçi vəzifəsinə 32 namizəd var". Matc.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, İcraiyyə Komitəsinin növbəti iclasında siyahıda yer alan məşqçilərin sayı azaldılacaq: "32 namizədin heç biri ilə danışıqlar aparılmayıb. Siyahı İcraiyyə Komitəsinə təqdim olundu. Növbəti iclas zamanı sayı 32-dən 15-ə, yaxud 13-ə endirilməsi gözlənilir. Müxtəlif fikirlər səsləndi. Bəziləri tanınmış məşqçinin, bəziləri daha əvvəl köməkçi kimi çalışmış mütəxəssisin gətirilməsini istəyir. ölkəmizdə çalışan əcnəbi mütəxəssisin, yaxud qonşu ölkələrdən məşqçinin gətirilməsini istəyənlər də var".