Kolumbiya millisinin düşərgəsində zədələnən "Real"ın futbolçusu Xames Rodriqesin yaşıl meydanlara dönüşü gecikəcək. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin daha öncə 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı.
	Amma İspaniya mətbuatının son iddiasına görə, Xames 6 həftə məcburi istirahət etməlidi. Onun sol diz bağlarında qırılma aşkarlanıb.
	Qeyd edək ki, Xames bu mövsüm "Real"la 9 oyuna çıxıb və 1 qol vurub.
				
         	
                                             
               
            
 

_1762260863.jpg)








_1762210118.jpg)