Azərbaycanı AÇ-də təmsil edəcək güləşçilər bəlli oldu
İyulun 16-dan 19-dək Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə U-15 Avropa çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, məsul yarış ərəfəsində bu gün Olimpiya Güləş Mərkəzində qitə birinciliyində ölkəmizi təmsil edəcək heyətlə görüş keçirilib.

























