Premyer Liqada 100-cü oyun
Aftandil Hacıyevin yetirmələri səfər matçında 0:1 hesabı ilə uduzub. Bu, 2017/18 mövsümündən Premyer Liqada çıxış edən "Səbail"in 100-cü matçda aldığı 49-cu məğlubiyyət olub. Komandanın aktivində 27 qələbə və 24 heç-heçə var. 83 qol vuran paytaxt təmsilçisi 141 top buraxıb.