"Səhvlərdən daha yaxşı istifadə edən biz olduq"
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Paytaxt klubunun çalışdırıcısı səfərdə 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib