Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
öncə paytaxt təmsilçilərinin duelində "Sabah" "Keşlə"ni qəbul edib. Bu qarşılaşmada qonaq komanda minimal hesabla üstün olub.
 
Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" isə ilk ev oyununda "Qəbələ" ilə üz-üzə gəlib. Qonaqlar son çempiona uzun müddət müqavimət göstərsə də, qarşılaşmanın ikinci hissəsində hesabı açan Qurban Qurbanovun komandası meydanı böyük hesablı qələbə ilə tərk edib.
 
ötən gün "Sumqayıt"la "Səbail" arasında baş tutan turun açılış matçında paytaxt təmsilçisi 3:0 hesablı qələbəyə sevinib. 
 
Tura bazar ertəsi paytaxt derbisi ilə yekun vurulacaq. "Zirə" və "Neftçi" mövsümdə ilk qələbələrini qazanmaq üçün mübarizə aparacaqlar.
 
Azərbaycan Premyer Liqası
II tur
25 avqust
 
"Sabah" – "Keşlə" 0:1
Qol: V..İsgəndərli, 45+1.
Qırmızı vərəqə: S.M.Kolli, 73 (ikinci sarı).
"Bank Respublika Arena". Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

Sabah: 71. Dmitri Bezruk, 4. Bəhlul Mustafazadə, 21. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov (k), 14. Rəşad Eyubov, 17. Məhəmməd Mirzəbəyov, 7. Coşqun Diniyev, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 99. Abbas Ağazadə.
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev, 22. Məqsəd İsayev, 5. Kərim Diniyev, 13. Filip İvanoviç, 19. Rocer Roxas, 65. Xəyal Tomarov, 97. Emil Qasımov, 11. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 11. Ruslan Qurbanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.
 
 
"Qarabağ" – "Qəbələ" 3:0
Qol: R.Almeyda, 61-pen. M.Qeye, 63. A.Zubir, 79.
"Azərsun Arena". Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev.
 
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev (k), 10. Dani Kintana, 6. Simeon Slavçev, 3. Aylton Silva, 99. Maqaye Qeye, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov (k), 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 9. Davit Volkov, 21. Fernan Lopez, 77. Merab Qiqauri, 10. Klesio Bauk, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 7. Roman Hüseynov, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.
Baş məşqçi: Zaur Həşimov.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest