Ölkə futbolundakı xidmətlərinə görə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və millimizdə ən çox oyun keçirmiş “Zirə” klubunun hazırkı baş məşqçisi Rəşad Sadıqov (111 oyun) tərəfindən ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan milli komandasının forması təqdim edilib.
AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının V turunun oyunları müzakirə olunub. Matc.az xəbər verir ki, qurum cəzaları açıqlayıb. “Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cəriməyə məruz qalıb.
“Qarabağ”ı seçməyimdə əsas amil baş məşqçidi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın yeni transferi Alaksey Kaşuk Sport.ua saytına açıqlamasında deyib.
“France Football” nəşri “Qızıl top”a 30 namizədin siyahısını dərc edib. Matc.az xəbər verir ki, 2003-cü ildən bəri ilk dəfə Kriştiano Ronaldo və Lionel Messi namizədlər sırasına düşməyiblər.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.