"Qalatasaray"ın futbolçusu Qabriel Sara karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Adı açıqlanmayan rus klublarından biri braziliyalı yarımmüdafiəçi üçün "sarı-qırmızılar"a 20 milyon avroluq təklif göndərib. İstanbul təmsilçisi 26 yaşlı oyunçunu bu məbləğ qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Qabreil Sara bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 16 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest