Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Matc.az xəbər verir ki, “qırmızı-qaralar” Samir Həsənovun keçidini gerçəkləşdirib.

21 yaşlı müdafiəçi I Liqa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. O, buna qədər “Rubin” (Rusiya) və “Neftçi”də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest