14 Noyabr 2025, 16:08
DÇ-2026
DÇ-2026-nın seçmə mərhələsində millimizin rəqibi olan Fransa yığması ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, komandanın kapitanı Kilian Mbappe sıradan çıxıb. Bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Real"ın hücumçusu sağ topuğundakı iltihab səbəbindən heyətdən çıxarılıb. 26 yaşlı forvard klubunun düşərgəsinə qayıdıb.
"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə "Roma"da çıxış edən Manu Kone də zədə səbəbindən Bakıdakı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.

_1763138608.jpg)










