AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının V turunun oyunları müzakirə olunub. Matc.az xəbər verir ki, qurum cəzaları açıqlayıb. “Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cəriməyə məruz qalıb.

AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının V turunun oyunları müzakirə olunub. Matc.az xəbər verir ki, qurum cəzaları açıqlayıb.

“Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cəriməyə məruz qalıb.

“Şamaxı” – “Neftçi” və “Kəpəz” – “Sabah” görüşləri bitdikdən sonra meydançaya kənar şəxs daxil olub. Bu üzdən meydan sahibi komandalar 800 manat cərimələnib.

“Zirə” – “Qarabağ” matçında isə ev sahiblərinin azarkeşləri tərəfindən qonaqların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu, mövsümdə ilk dəfə yaşandığından, “Zirə”yə xəbərdarlıq olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest