“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli “Formula-1” üzrə 2026-cı il mövsümünün Qətər mərhələsində birinci yeri tutub.

Matc.az xəbər verir ki, artıq mövsümün çempionluğunu vaxtından əvvəl rəsmiləşdirən 20 yaşlı italiyalı pilot cari mövsümdə 10-cu qələbəsini qazanıb.

Yarışı ikinci pillədə Antonellinin komanda yoldaşı Corc Rassell başa vurub. O, qalibdən 31,476 saniyə geri qalıb. “McLaren” pilotu Oskar Piastri isə 33,017 saniyə fərqlə finiş xəttini üçüncü keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest