1907-ci ildə yaradılan “Sirius” 2013-cü ildə İsveçin üçüncü divizionunda çıxış edirdi. Komanda 2016-cı ildə ikinci divizionun qalibi olaraq 42 illik fasilədən sonra yüksək liqaya qayıdıb.

İsveç çempionatında 2026-cı il mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, Uppsalada təmsil edən “Sirius” XXX turun son oyununda “Göteborq”u 1:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə ölkə çempionu olub.
 
Son tur ərəfəsində “Sirius” və “Hammarbü” hərəyə 61 xal toplasa da, daha yaxşı top fərqinə malik Uppsala klubu turnir cədvəlinə başçılıq edirdi. Həlledici qarşılaşmada “Hammarbü”nün “Vesteros”a 0:1 hesabı ilə uduzması “Sirius”a çempionluğu rəsmiləşdirməyə imkan verib.
 
Beləliklə, mövsümü 64 xalla başa vuran “Sirius” ən yaxın izləyicisini 3 xal qabaqlayıb.
 
Maraqlıdır ki, mövsümün gedişində rəqiblərini 14 xal qabaqlayan komanda sonradan üstünlüyünü itirərək liderliyi “Hammarbü”yə vermişdi. Lakin son turda baş verən nəticələr çempionluğun Uppsala təmsilçisinə qismət olmasını təmin edib.
 
1907-ci ildə yaradılan “Sirius” 2013-cü ildə İsveçin üçüncü divizionunda çıxış edirdi. Komanda 2016-cı ildə ikinci divizionun qalibi olaraq 42 illik fasilədən sonra yüksək liqaya qayıdıb.
 
Qeyd edək ki, “Sirius”un indiyədək İsveç çempionatında ən yaxşı nəticəsi yeddinci yer olub. Bu uğurla klub tarixində yeni səhifə açıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest