Böyük Britaniyanın idman naziri Liza Nendi maliyyə qaydalarını pozduğuna görə "Mançester Siti" üçün nəzərdə tutulan maksimum cəzanın adını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Bildirilir ki, Liza Nendi mövzu ilə bağlı danışarkən klubun çempionatdan kənarlaşdırıla biləcəyini vurğulayıb:
"Apelyasiya prosesini qabaqlamaq istəmirəm, onların ədalətli mühakimə olunmaq hüququ var. Amma onu demək istəyirəm ki, ən ağır sanksiya həqiqətən də çox ciddidir. Əgər bu ittihamlar təsdiqlənsə, klub Premyer Liqadan kənarlaşdırıla bilər ki, bu da hamı üçün çox böyük nəticələr doğuracaq. Bu, çox ciddi bir məsələdir".
Xatırladaq ki, daha əvvəl "Mançester Siti"nin 115 epizoddan 114-ü üzrə təqsirli bilindiyi barədə məlumat yayılmışdı. İttihamlar qeyri-dəqiq maliyyə məlumatlarının təqdim edilməsi, futbolçulara və məşqçilərə edilən ödənişlər, eləcə də maliyyə nəzarəti tələblərinə əməl olunmaması ilə bağlıdır.













