29 Sentyabr 2026, 19:12
FUTBOL
İspaniya La Liqasında "Barselona"nın baş məşqçisi Hans-Diter Flik sentyabr ayının ən yaxşı məşqçisi seçilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Sentyabrda kataloniyalılar almaniyalı mütəxəssisin rəhbərliyi altında "Valensiya" (5:0), "Levante" (4:2), "Rasinq Santander" (7:2) və "Sevilya"ya (3:1) qalib gəliblər.
Mükafat uğrunda mübarizədə Flikin rəqibləri argentinalı Dieqo Simeone ("Atletiko" Madrid) və çilili Manuel Pelleqrini ("Betis") olublar.
Qeyd edək ki, hazırda "Barselona" 21 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Turnir cədvəlinin ilk "üçlüy"ündə hərəyə 16 xalı olan "Atletiko" və "Betis" də yer alıb.













