"Lill"in təcrübəli hücumçusu və 2018-ci ilin dünya çempionu Olivye Jiru cari 2026/27 mövsümünün futbol karyerasında sonuncu ola biləcəyini bəyan edib.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, fransalı hücumçu gələn il yenidən müsahibə verə biləcəyini, lakin futbolçu kimi bunun çox güman ki, onun son mövsümü olduğunu qeyd edib. Məhz bu səbəbdən o, meydandakı hər andan həzz aldığını vurğulayıb.
Sentyabrın 30-da 40 yaşı tamam olacaq futbolçu ilə klubu "Lill" 2026-cı ilin yayında müqavilənin müddətini cari mövsümün sonuna qədər uzatmışdı.
Karyerası ərzində "Qrenobl", "Tur", "Monpelye", "Arsenal", "Çelsi", "Milan" və "Los-Anceles" kimi klublarda çıxış edən Olivye Jiru, Fransa millisi ilə dünya çempionu olmaqla yanaşı, klub səviyyəsində də 13 titul qazanıb.
O, 2025-ci ilin iyulunda Fransa klubuna keçidindən bəri cari mövsümdə meydana çıxdığı 6 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.













