29 Sentyabr 2026, 18:47
FUTBOL
Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" qarşılaşmalarının oyun cədvəli məlum olub.
Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" qarşılaşmalarının oyun cədvəli məlum olub.
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, hər iki təxirə salınmış qarşılaşma eyni gündə – dekabrın 17-də keçiriləcək. Həmin gün saat 15:00-da start götürəcək ilk matçda "Sabah" "Dalğa Arena"da "Sumqayıt"ı qəbul edəcək.
Günün digər oyununda isə Ağdam təmsilçisi "Qarabağ" saat 18:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda Gəncənin "Kəpəz" klubunu sınağa çəkəcək.













