Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jezuş və komandanın kapitanı Kriştiano Ronaldo Malmödəki otellərin birində görüşərək aralarındakı münaqişəni həll ediblər. Sözügedən gərginlik UEFA Millətlər Liqasının ikinci turunda portuqaliyalıların Norveçə 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra yaranmışdı.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.
Bildirilir ki, Jezuş və Ronaldo arasındakı söhbət uğurla keçib və bu, Norveçlə oyundan sonra yaranan gərgin atmosferin tamamilə aradan qalxacağına dair ümidləri artırıb.
Qeyd edək ki, daha əvvəl futbolçunun Norveçlə qarşılaşmada bütün oyunu ehtiyat oyunçular skamyasında keçirməsindən narazı qaldığı bildirilirdi.
Həmin vaxtdan bəri Ronaldo komanda ilə məşq etməyib, yalnız idman zalında hazırlıq keçib ki, bu da yığmada narahatlıq doğurmuş və kapitanın komandadakı rolu barədə müzakirələri yenidən alovlandırmışdı.
Xatırladaq ki, Portuqaliya millisi oktyabrın 1-də, cümə axşamı günü Millətlər Liqasının üçüncü turu çərçivəsində Danimarka ilə qarşılaşacaq.













