İtaliyanın "Roma" klubu futbolçuları Paulo Dibala və Nauel Molinanı Argentina və Benin milliləri arasında keçiriləcək yoldaşlıq oyununa buraxmayıb.

Matc.az xəbər verir ki, bu barədə "Roma" klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Paulo Dibala və Nauel Molina Argentina – Benin matçında iştirak edə bilməyəcəklər. Klub Lionel Messi ilə sıx bağlı olan və onunla birlikdə 2022-ci il dünya çempionatının qalibi olan hər iki oyunçu üçün bu tədbirin vacibliyini qəbul edir. Bu qərar qitələrarası uçuşun müddəti və klubun qarşıdakı oyunlarının yaxınlığı nəzərə alınaraq, idman və logistika səbəblərindən qəbul edilib.

Paytaxt təmsilçisi Lionel Messiyə və onun parlaq karyerasına böyük hörmətlə yanaşdığını bildirib, ona və Argentina Futbol Assosiasiyasına xüsusi bir gecə arzulayıb.

Sözügedən matçın oktyabrın 6-da, çərşənbə axşamı günü baş tutması planlaşdırılır və bu qarşılaşma Argentina yığmasının kapitanı Lionel Messi üçün milli komandada sonuncu oyun olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest