UEFA Millətlər Liqasında II tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə 10 qarşılaşma baş tutub.
A Liqasının III qrupunda İspaniya millisi öz meydanında Xorvatiyanı 4:1 hesabı ilə darmadağın edib. Qrupun digər oyununda isə Çexiya yığması doğma divarlar arasında İngiltərəyə 0:2 hesabı ilə məğlub olub.
B Liqasının I qrupunda da fərqli nəticələr qeydə alınıb. Belə ki, Şotlandiya öz evində İsveçrəyə böyük hesabla uduzub – 0:3. Sloveniya isə Şimali Makedoniyanı qəbul etdiyi matçda inamlı qələbə qazanaraq rəqibini 2:0 hesabı ilə üstələyib.
C Liqasının I qrupunda Finlandiya və Belarus qarşılaşmasında qolsuz bərabərlik qeydə alınıb (0:0). San-Marino isə doğma meydanda Albaniyaya müqavimət göstərə bilməyib və 0:3 hesabı ilə yenilib.
Bu liqanın III qrupunda Moldova ilə Farer adaları hərəyə bir qol vuraraq xalları yarı bölüblər (1:1). Slovakiya isə öz azarkeşləri önündə Qazaxıstandan güclü olub – 2:1.
Nəhayət, C Liqasının IV qrupunda Bolqarıstan – Estoniya matçında hesab açılmayıb (0:0). Lüksemburq isə evdə İslandiyaya böyük hesabla boyun əyib – 0:3.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, II tur
29 sentyabr
A Liqası, III Qrup
İspaniya – Xorvatiya - 4:1
Qollar: Lamin Yamal, 2, 63; Mark Pubil, 31; Niko Uilyams, 89 // Dion Drena Belyo, 29
Çexiya – İngiltərə - 0:2
Qollar: Entoni Qordon, 35; Harri Keyn, 69
B Liqası, I Qrup
Şotlandiya – İsveçrə - 0:3
Qollar: Rikardo Rodriqes, 12; Niko Elvedi, 55; Zeki Amduni, 82
Sloveniya – Şimali Makedoniya - 2:0
Qollar: Benyamın Şeşko, 19; Andraj Şporar, 45+2
C Liqası, I Qrup
Finlandiya – Belarus - 0:0
San-Marino – Albaniya - 0:3
Qollar: Rey Manay, 8; Nedim Bayrami, 24; Ernest Muçi, 39
C Liqası, III Qrup
Moldova – Farer adaları - 1:1
Qollar: İon Nikolaesku, 40 // Medvin Olsen, 22
Slovakiya – Qazaxıstan - 2:1
Qollar: Leo Zauer, 26; David Hantsko, 82 // Ramazan Kərimov, 35
C Liqası, IV Qrup
Bolqarıstan – Estoniya - 0:0
Lüksemburq – İslandiya - 0:3
Qollar: Orri Oskarsson, 14; Yohann Qudmundsson, 35; Arnor Siqurdsson, 73













