Madridin "Real" klubunun mərkəz müdafiəçisi Raul Asensio yaxın günlərdə əməliyyat olunacaq.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Cərrahiyyə əməliyyatı futbolçunun sağ ayağından aldığı ciddi zədə ilə əlaqədardır.. Tibbi müdaxilə oktyabrın 1-nə, cümə axşamı gününə planlaşdırılıb.

Həkimlərin proqnozlarına görə, bərpa prosesi 3-4 ay çəkəcək. Bu isə o deməkdir ki, böyük ehtimalla 23 yaşlı müdafiəçi 2026-cı təqvim ilində bir daha meydana çıxa blməyəcək.

Hazırda Asensio cari mövsümdə "Real"ın heyətində heç bir rəsmi matçda iştirak etməyib. Sentyabrın əvvəlində məhkəmə müdafiəçiyə yetkinlik yaşına çatmayan qızların intim videosunu yaymaq işi üzrə bəraət verib.

Asensionun "Real" ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir, müdafiəçinin transfer dəyəri isə 20 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest