Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti sınağına çıxıb.

Matc.az xəbər verir ki, yığmamız Şotlandiyanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə qüvvəsini sınayıb.

"Reqbi Park" stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri 5:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, qrupda keçirdiyi 9 oyundan sonra aktivində 7 xalı olan yığmamız 5-ci pillədə qərarlaşıb. Seçmə mərhələ ərzində 1 qələbə və 4 heç-heçə əldə edən gənclər komandamız 4 matçda isə meydanı məğlubiyyətlə tərk edib.

AVRO-2027, U-21
B qrupu, IX tur
30 sentyabr

Şotlandiya – Azərbaycan - 5:2
Qollar: 
B. Stüart, 24, 26, C. Uilson, 28, T. Fletçer, 60, B. Vales, 80 // N. Axundzadə, 21, P. Məmmədov, 70
Baş hakim: Matius Stöfrinqshauq
Baş hakimin köməkçiləri: Erlan Hareland, Edvard Helgerud
Dördüncü hakim: Məhəmməd Osman Aslam
"Reqbi Park"

Şotlandiya: 1. Liam Manfarleyn, 20. Ceremia Mullen (k), 5. Coşua Finey, 4. Henri Fyeldson, 22. Dilan Lobban, 6. Rayan Karr, 16. Tayler Fletçer, 11. Teylor Stivn, 8. Findli Körtis, 10. Ceyms Uilson, 9. Barnebi Stüart
Baş məşqçi: Entoni Doçerti

Azərbaycan: 12. Sadiq Məmmədzadə, 15. Raul Məmmədov, 2. Eşqin Əhmədov, 20. Ayxan Süleymanlı (k), 5. Emin Rüstəmov, 18. Şahin Şahniyarov, 17. Nihad Əhmədzadə, 13. Sənan Muradlı, 10. Nəriman Axundzadə, 23. Hikmət Cəbrayılzadə, 19. Lorentso Mezzotero
Baş məşqçi: Rəşad  Eyyubov

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest