Bu gün FIFA-nın prezidenti Canni İnfantino tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-ya hazırlıq çərçivəsində Azərbaycana səfərə gəlib.
Bu gün FIFA-nın prezidenti Canni İnfantino tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-ya hazırlıq çərçivəsində Azərbaycana səfərə gəlib.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində AFFA-nın prezidenti Rövşən Nəcəf və qonaq ali futbol qurumunun dəstəyi ilə Hövsan qəsəbəsində inşa olunan futbol bazasına baş çəkiblər. FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.
Sonda milli assosiasiyanın beynəlxalq qurumun fəaliyyətini və şəxsən Canni İnfantinonu tam dəstəklədiyi vurğulanıb.













