Londonun "Çelsi" klubu növbəti böyük transferini müəyyənləşdirib.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Bildirilir ki, "zadəganlar" "Arsenal"ın yarımmüdafiəçisi Martin Zubimendi üçün "topçular"a 70 milyon avro təklif etməyə hazırlaşırlar. Futbolçu özü artıq keçidə razılıq verib, indi isə klublar arasında razılığın əldə olunması qalır.

Zubimendi "Çelsi"nin mərkəzində, Enso Fernandesin "Mançester Siti"yə keçidindən sonra yaranan boşluğu doldurmalıdır. Londonluların baş məşqçisi Xabi Alonso həmvətənini "Real Soseyadad"ın əvəzedici komandasından yaxşı tanıyır.

Qeyd olunur ki, Zubimendi qış "transfer pəncərəsi"ndə "Arsenal"ı tərk etmək niyyətindədir. Buna səbəb onun əsas heyətdəki yerini itirməsi və baş məşqçi Mikel Artetanın taktiki planlarında aparıcı rolundan məhrum olmasıdır.

Yarımmüdafiəçi mövsümün əvvəlindən bəri yalnız bir qarşılaşmada əsas heyətdə meydana çıxıb, bu matçda da o, sağ cinah müdafiəçisi mövqeyində çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest