"Qalatasaray" hücumameyilli yarımmüdafiəçi axtarışında diqqətini Rusiya bazarına yönəldib.

Matc.az xəbər verir ki, bu barədə "Sportcell"in türkiyəli jurnalisti Səfa Kaan Öztürk "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu 21 yaşlı yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı Moskva "Lokomotiv"i ilə rəsmi danışıqlara başlayıb.

Hazırda rusiyalı futbolçunun namizədliyinin "Qalatasaray" üçün "Strasburq"un yarımmüdafiəçisi Xulio Ensisonun variantından daha prioritet hesab olunduğu qeyd edilir.

Batrakov ötən mövsüm bütün turnirlərdə komandanın heyətində 36 matça çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Oyunçunun "dəmiryolçular"la müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" Alekseyin dəyərini 28 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest