Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.

Matc.az xəbər verir ki, ölkəmiz hazırda 21.187 xalla reytinq cədvəlinin 26-cı pilləsində qərarlaşıb.

Azərbaycanın ən yaxın izləyicisi olduğu 25-ci yerdəki İsrail isə 22.125 əmsala malikdir.

Siyahının vahid lideri dəyişməz qalıb; reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Təmsilçilərimizin mövqeyinin dəyişməz qalması Avropa kuboklarındakı son nəticələrlə bağlıdır. Belə ki, ötən gün "Qarabağ" UEFA Avropa Liqasında Bolqarıstanın ÇSKA komandasına iki oyunun nəticəsinə əsasən (0:0, 0:0, penaltilər seriyası - 4:5) məğlub olaraq turnirlə vidalaşıb.

Digər təmsilçilərimiz də Avropa arenasında mübarizəni dayandırıblar; UEFA Konfrans Liqasında "Neftçi" Belarusun "Dinamo" (Minsk) klubuna (2:4, 1:0), "Zirə" isə Estoniyanın "Payde" komandasına (0:1, 1:1) iki görüşün yekununda uduzaraq çıxışını başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest