"Neftçi" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında Belarusun "Dinamo" (Minsk) klubu ilə səfərdə qarşılaşacaq.
Matc.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komandanı turnirdəki çıxışını davam etdirmək və ilk oyundakı uğursuzluğun əvəzini çıxmaq üçün çətin səfər sınağı qözləyir.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 2:4 hesabı ilə məğlub olan "ağ-qaralar" mərhələ adlamaq üçün Bolqarıstanda mütləq böyükhesablı qələbə qazanmalıdırlar.
Stara Zaqora şəhərində baş tutacaq həlledici qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
21:00. "Dinamo" – "Neftçi"
(İlk oyun – 4:2)
Baş hakim: Tim Marşall
Baş hakimin köməkçiləri: Georgios Argiropulos, Rayan Kelsi
Dördüncü hakim: Şeyn Makqonigl
Beroe stadionu (Stara Zaqora)













