"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə səfərdə qarşılaşıb.
Matc.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşan matçda penaltilər seriyasına üz tutulub. Penaltilərdə daha dəqiq olan ÇSKA növbəti mərhələyə yüksələn tərəf olub.
Bu nəticədən sonra "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək. Konfrans Liqasının III təsnifat mərhələsində Ağdam klubunun rəqibi Kiyev "Dinamo"su olacaq.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
ÇSKA – "Qarabağ" - 0:0 (Penaltilər seriyası – 5:4)
(İlk oyun - 0:0)
Baş hakim: Bram Van Drişşe
Baş hakimin köməkçiləri: Mişel Seldrayers, İv De Neve
Dördüncü hakim: Kevin Van Damme
VAR: Bert Put
AVAR: Uesli De Kremer
Vasil Levski Milli stadionu (Sofiya)
ÇSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto
Baş məşqçi: Xristo Yanev
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov













