Braziliya millisinin və "Nyukasl" klubunun mərkəz yarımmüdafiəçisi Bruno Gimaraes "Arsenal"a keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" idman nəşri məlumat yayıb.

Bildirilir ki, tərəflər keçidlə bağlı prinsipial razılıq əldə ediblər. Transfer məbləği bonuslar nəzərə alınmadan 90 milyon avro təşkil edəcək. Hazırda komandalar son detalları rəsmiləşdirirlər.

28 yaşlı yarımmüdafiəçi bir neçə həftə əvvəl "topçular"ın rəhbərliyi ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqaviləni razılaşdırıb.

"Lion" klubu Gimaraesi 2022-ci ilin yanvarında 50 milyon avroya "Nyukasl"a satarkən növbəti satışdan əldə olunacaq mənfəətin 20 faizini özündə saxlamaq hüququna malik idi. Bu 90 milyon avroluq sövdələşmə sayəsində Fransa klubu büdcəsinə 8 milyon avrodan çox əlavə vəsait daxil edəcək.

Qeyd edək ki, Bruno Gimaraes 2025/26 mövsümündə klub səviyyəsində 41 matçda iştirak edib, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin milli komandanın heyətində çıxış etdiyi 48 qarşılaşmada 3 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest