31 İyul 2026, 19:47
FUTBOL
Yeni mövsümün hazırlıq mərhələsini Türkiyənin Ankara şəhərində keçirən "Turan Tovuz" bu gün növbəti sınağına çıxıb.
Matc.az xəbər verir ki, Qurban Berdiyevin rəhbərlik etdiyi komanda Türkiyənin "Iğdır" klubu ilə qüvvəsini sınayıb.
Türkiyə I Liqasında çıxış edən rəqiblə qarşılaşmada Tovuz klubu 1:0 hesabı ilə qələbə qazanıb. Görüşdə yeganə qolu Jo Batista vurub.
Qeyd edək ki, "Turan Tovuz" Ankaradakı hazırlıq prosesi çərçivəsində daha əvvəl iki yoxlama matçında qüvvəsini sınayıb. İranın U-21 yığması və Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gələn Tovuz klubu hər iki görüşü eyni – 1:1 hesabı ilə yekunlaşıb.













