31 İyul 2026, 09:00
FUTBOL
Madrid "Real"ı "Levante"nin hücumçusu Karlos Espinin transferini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kral klubu" 21 yaşlı hücumçu ilə 2031-ci il iyunun 30-dək uzunmüddətli müqavilə imzalayıb. Bu transferin "Real"a 25 milyon avroya başa gəldiyi bildirilir.
Espi 2024-cü ilin yayından "Levante"nin əsas heyətində çıxış edir. O vaxtdan bəri "qırmızı-göylər"in forması ilə 66 matça çıxıb, 20 qol vurub və 2 məhsuldar ötürmə edib.
Ötən mövsüm Karlos U-23 liqasının ən yaxşı oyunçusu seçilib. O, həmçinin İspaniyanın U-19 və U-20 milli komandalarında da forma geyinib.













