UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Sabah" bu gün növbəti avrokubok sınağına çıxıb.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın "KuPS" kollektivinin qonağı olub.
Finlandiyanın Kuopio şəhərindəki "Väre Areena" stadionunda baş tutan qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə görə "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələni keçə bilməsə yoluna Konfrans Liqasının qrup mərhələsində davam edəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
"KuPS" – "Sabah" - 0:2
Qollar: Velko Simiç, 53, Coy-Lens Mikels, 70
(İlk oyun: 0:1)
Baş hakim: Qal Leybovits
Baş hakimin köməkçiləri: Roy Hassan, Yossi Babayoff
Dördüncü hakim: Dekel Zino
VAR: Daniel Bar Natan
AVAR: Eitan Şmuelevits
Väre Areena stadionu (Kuopio)
"KuPS": 1. Yohannes Kreydl, 29. Akseli Puukko, 28. Brahima Maqassa, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 10. Valentin Qask, 22. Sayku Turay, 8. Petteri Pennanen (k), 16. Tommi Jiri, 24. Bob Nii Arma, 11. Ceymi Moreno
Ehtiyat oyunçular: 12. Hemmo Riihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 19. Kalvin Kabuye, 20. Pyotr Parjişek, 21. Coslin Luyeye-Lutumba, 23. Arttu Lötjönen, 30. Rikardo Arauxo, 33. Taneli Hamaleynen
Baş məşqçi: Miika Nuutinen
"Sabah": 92. Stas Pakatilov (k), 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timateuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 16. Rauf Rüstəmli, 17.ə Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Xander Severina, 88. Rodriqo Fernandeş, 99. Orfe Mbina
Baş məşqçi: Valdas Dambrauskas













