"Milan"ın vingeri Rafael Leau "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" heyətini gücləndirmək üçün İtaliya klubunun ulduzunun namizədliyini nəzərdən keçirir. Onlar artıq 27 yaşlı portuqaliyalı futbolçu ilə bağlı sorğu göndəriblər.

Leaunun artıq "Milan"ın planlarında əsas fiqur olmadığı qeyd edilir. O, yay transfer pəncərəsində komandanı tərk etməyə hazırdır.

Rafael 2019-cu ildə "Lill"dən transfer olunduqdan sonra İtaliya klubunda çıxış edir. O, "qırmızı-qaralar"ın heyətində 291 oyun keçirib, 80 qol vurub və 65 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest