Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilatın əksər digər rəsmilərinin dəstəyini itirib və istefaya yaxındır.

Matc.az xəbər verir ki, bu barədə Romen Molina sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, FİFA-da İnfantinonun ABŞ prezidenti Donald Trampa şərtsiz siyasi dəstək verməsindən, həmçinin heç kimə hesabat vermədən bütün qərarları təkbaşına qəbul etdiyi idarəetmə üslubundan narazıdırlar.

Daha əvvəl FİFA 20 milyard dollar dəyərində törəmə şirkətin yaradılmasını nəzərdə tutan layihənin konsepsiyasını dərc edib. Onun dörddə bir hissəsinin 4,2 milyard dollara özəl investorlara satılması planlaşdırılır.

Milli federasiyalara ödənişlərin növbəti 4 illik dövr üçün 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 milyon dollar və 24 milyon dollara qədər artırılması nəzərdə tutulur.

Vurğulanıb ki, layihənin başlanması barədə qərarı federasiyaların əksəriyyəti qəbul etməlidir. Həmçinin FİFA Şurasının rəsmi razılığı alınmalıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest